Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Hacı Zeynalabdin Tağıyev, Bakı, Səbail, AZ1005
  • Telefon:
    (+994 12) 598-17-46 (ekskursiya şöbəsi), (+994 12) 493-36-48 (qəbul şöbəsi)
  • Faks:
    (+994 12) 598-52-11
Avtobus
Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarətdir.Muzeyi təşkil edən otaqlar bunlardır:Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı,Sona xanım Tağıyevanın bəzək otağı – buduar, yataq otağı, təmizlik otağı.Xatirə muzeyinin ekspozisiyası Tağıyevin iş kabinetindən başlayır.Burada bilavasitə Tağıyevin özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da nümayiş etdirilir.Burada həmçinin İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacarın,Rusiya imperatoru II Nikolayın və onun xanımı Aleksandra Fyodorovnanın portretləri ilə yanaşı rəssam Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri asılıb.Kabnetdə Tağıyev təltif edildiyi bütün medal və ordenlərdə də nümayiş etdirilir.Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir.Buraya şəbəkəli stollar, stullar, royal, kreslolar və sair qoyulmuşdur.Pəncərələrin bədənnüma şüşələrində Hacı Zeynalabdin Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılmışdır.Kitabxanada ağ rəngli, yumşaq, ipək oturacaqlı mebel dəsti, iki taxta stol, stullar və kreslolar, kitab şkafları yerləşdirilmişdir. Kitab şkaflarında Rusiya imperiyasının qanunlar topluları saxlanılır.Bilyard otağının ortasında bilyard stolu qoyulmuşdur. Buradakı arxası hündür gön-dəri divan, kreslolar vardır. Yemək otağında ortada uzun düzbucaqlı masa və ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Buxara əmirinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab dəsti burada nümayiş etdirilir. Şkaflarda H.Z.A.Tağıyevin Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər qoyulub. Otaqda həmçinin gözəl ornamentli böyük bufet yerləşir.Məlumat otağında quraşdırılan panellər və monitordan Tağıyevin həyat və fəaliyyəti ilə bağlı məlumatlar əldə etmək olar. Sona xanımın kiçik qonaq otağı öz gözəlliyi və orijinallığı ilə o birilərindən fərqlənir. Tavan fiqurlu güzgülü lövhəciklərdən quraşdırılmış, divarlar rəngarəng naxışlarla bəzədilmişdir. Otaq bəzən güzgülü zal da adlandırılır. Mərkəzdə orijinal dəyirmi divan yerləşir.Burada həmçinin dördguşəli naxışlı stollar, yumşaq kreslolar və stullar qoyulmuşdur.Yataq otağı iki hissədən ibarətdir.Birinci hissədə yuxarısı hündür, naxışlı ikiyataqlı çarpayı və trümo yerləşir. İkinci hissədə isə kiçik və dəyirmi stol, divan, kreslolar, stullar qoyulmuşdur.Təmizlik оtаğında güzgülü trümo, yumşaq kreslo, stol, paltar və rəfli şkaflar nümayiş etdirililir.Son vaxtlar Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunmuşdur. Vitrində Tağıyevə məsus olmuş Quran qabı və dini kitablar nümayiş olunur
Son xəbərlər