Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Həsən bəy Zərdabinin Ev-Muzeyi
Baxış sayı: 4635
  • Ünvan:
    Ramiz Kərimov, Zərdab, AZ6300
Avtobus

Həsən bəy Zərdabi muzeyi - Göyçay qəzasının Zərdab kəndində anadan olan Həsən bəy Zərdabi böyük mütəfəkkir, təbiətşünas-alim, istedadlı publisist və Azərbaycan milli mətbuatının banisidir. İndi Zərdab rayonunda da bu böyük dahinin adını daşıyan bir ünvan fəaliyyət göstərir. H.Zərdabi muzeyi. Rayon mədəniyyət və turizm şöbəsinin təşəbbüsü ilə 2005-ci ildə yaradılan bu muzeydə böyük mütəfəkkirin ailəsinə, qohumlarına aid əşyalar toplanıb. Burada hələ çox qədim zamanlarda Zərdabi nəslinin istifadə etdiyi məişət avadanlıqları da qorunur. Həm tarixilik baxımından, həm də Zərdabilərə məxsus olduğundan diqqət çəkir: cəhrə, yun darağı, güyüm, nehrə, samovar və s. Muzeydə Zərdabinin əlyazmaları və "Əkinçi" qəzetinin bir neçə nüsxəsi də saxlanılır. O cümlədən, Zərdabinin ailəsinə, yaxın qohumlarına məxsus şəkillər də divarları bəzəyir. Muzeyin həyətində Zərdabinin abidəsi var. Buraya gələnlər böyük şəxsiyyətin büstü önünə gül dəstələri qoyaraq müzeyə daxil olurlar. Buradakı eksponatların arasında qədim bir lampa var. Deyilənə görə, uzun illər bu lampanın saldığı işıq altında Zərdabi "Əkinçi" üçün məqalələr yazıb. Burada, həmçinin Zərdabinin yaşadıgı dövrü, onun həyatını, fəaliyyətini əks etdirən fotoşəkil və sənədlər toplanılıb.

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2010&Pid=623

http://zardab.com.az/medeni.html