Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
İsa bəy Hacınskinin evi
Baxış sayı: 2690
  • Ünvan:
    Neftçilər, Bakı, Səbail, AZ1000
Avtobus
İsa bəy Hacınskinin eviİsa bəy Hacınski 1860-cı ildə Bakıda anadan olub. Ona atasından miras olaraq bir neçə mülk və böyük torpaq sahələri qalır. Məhz bu sahələrdə neft yataqları aşkar edildikdən sonra İsa bəy 1903-cü ildə şəxsi neft kompaniyasını yaradır. Zəngin Hacinskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı, məsələn, Bül-Bül prospekti, Füzuli küçəsi ünvanındakıları göstərmək olar. Bunlardan ən əzəmətlisi "Hacinskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır. Bakı bulvarının salınmasında İsa bəy Hacinski çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara alır. Bina 1912-ci ildə tikilib, burada bir sıra üslublara rast gəlmək olur, qotik, barokko, modern və sairə . İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri atılan düşmən qumbaralarından parça-parça olub. Hətda İsa bəy Hacinski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən artıq pul verir, çünki bina onun çox xoşuna gəlir, memarın işindən razı qalır. Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır.