Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Məşədi Şükür Mirsiyab və Məşədi Hüseyn Mirsiyabın karvansarayı
Baxış sayı: 300
  • Ünvan:
    Molla Pənah Vaqif, Şuşa, AZ5800
Avtobus

Məşədi Şükür Mirsiyab oğlu tikdirdiyi XIX əsrəb aid ikimərtəbəli karvansaranın ikinci mərtəbəsindəki böyük bir zalı məhz məscid məqsədilə inşa etdirmişdir. Şəhərin mərkəzi meydanına yaxın yaxın tikilmiş bu məscidli karvansara öz həcmi və memarlıq həlli ilə digər karvansaralardan fərqlənir və burada işlədilmiş memarlıq elementlərində, xüsusilə, məscidin daxili konstruksiya həllində və səkkizbucaqlı daş sütunlarda Kərbalayi Səfixanın əl izləri aydın görünür. Karvansaranın birinci mərtəbəsində ritmik şəkildə düzülmüş yarımdairə tağlar və bu tağlara dayaq olan səkkizbucaqlı daş sütunlar, həmçinin, ikinci mərtəbədəki kvadratşəkilli (8.36x9.22m) məscidin ibadət zalını üç nefə ayıran iki cərgə düzülmüş altı ədəd səkkizbucaqlı daş sütun və bu sütunlar üzərinə oturdulan tağbənd və günbəz örtüklü konstruksiyalar Səfixanın memarlıq ənənəsini yaşadır. Haqqında söhbət açdığımız Məşədi Şükür Mirsiyab oğlunun karvansarasının birinci mərtəbəsindəki otaqlarından vaxtilə dükan kimi istifadə olunmuş, ikinci mərtəbəsindəki geniş və işıqlı otaqlar isə inzibati işlərin aparılması, qonaqların istirahəti və digər xidmətlər üçün ayrılmışdır. Gözəl memarlığı və xüsusən, şəhərin mərkəzində olması ilə yanaşı, hər cür rahatlığı olan bu karvansarada təkcə azərbaycanlı tacirlər yox, həm də digər ölkələrdən gələn məşhur karvanbaşıları da dincəlirdilər. Karvansarada məscid olduğuna görə müsəlman tacirləri məhz, burada dincəlməyə can atmışlar.

Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği