Facebook Pixel Code
GoMap XƏRITƏ
Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Gəray Əsədov, Beyləqan, AZ1200
  • Telefon:
    (+994 2122) 5-35-31
Avtobus

 

 Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci il Ulu Öndər H. Əliyevin regionlarda Tarix-Diyarşünaslıq muzeylərinin yaradılması haqqında verdiyi tarixi qərardan sonra, 1981-ci ildə yaradılmışdır.

     Muzey iki hissədən ibarətdir. Azərbaycanın beş min illik dövlətçilik tarixini xronoloji ardıcıllıqla özündə əks etdirən  açıq səma altında Abidə muzey kompleksi 1600 kv.m sahəni əhatə edir. BTDM-nin inzibati binası 220 kv.metrdir. Muzeyin fondunda və kolleksiyasında tunc,  dəmir dövrünə aid, erkən orta əsr və orta əsrlərə aid gil və saxsı qablar, şirli və şirsiz qab nümunələri, XIX əsrə aid mis qablar və s. eksponatlar var. Ekspozisiya salonunda Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, fotolar və tarixi məlumatlar nümayiş etdirilir. Muzeydə ekspozisiya işləri, elmi-maarif kütləvi işlər, mühazirələr günün tələbləri səviyyəsində həyata keçirilir. Vaxtaşırı məktəblilərlə, rayon gəncləri ilə görüşlər təşkil edilir, müxtəlif məzmunlu tədbirlər keçirilir. Muzeyin əsas iş prinsipi Azərbaycanın və diyarın tarixini təbliğ etmək, maddi mədəniyyət nümunələrini qoruyub saxlayaraq gələcək nəsillərə ötürməkdən ibarətdir.

    Hazırda  muzeyin əsas fondunda 6000-dən çox  eksponat  var. İl  ərzində muzeyə təxminən 30 000-dən çox tamaşaçı gəlir.

   Muzeyin həyətindəki abidə muzey kompleksi Azərbaycanın dövlətçilik tarixinə aid müxtəlif yaş qrupları ilə tarixi dərslərin keçirilməsi üçün əyani vəsait kimi istifadə edilir. Muzeydə və muzeydən kənar idarə və müəssisələrdə, təhsil ocaqlarında əlamətdar günlər və bayramlara həsr olunmuş müxtəlif səpkili tədbirlər və foto-sərgilər təşkil edilir. Gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik hissinin yüksəldilməsi məqsədi ilə hərbi hissələrdə, şəhid məzarlarının qarşısında tədbirlər keçirilir. Bütün bu tədbirlər foto lentə alınır. Muzeydə və keçirilən tədbirlərdə çəkilmiş şəkillər həm təbliğat məqsədi ilə, həm də muzeyin iş prinsipinin canlandırılması məqsədi ilə muzeyin facebook səhifəsində yayımlanır. 

Son xəbərlər