Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı: 518
  • Ünvan:
    Heydər Əliyev, Kürdəmir, AZ3300
Avtobus

Rayonumuzdakı Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Kürdəmirin tarixini əks etdirən çoxlu sayda eksponat var. Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyi 35 il bundan əvvəl ümummilli lider H.Əliyevin təşəbbüsü ilə yaradılıb və cəmi 627 eksponatla fəaliyyətə başlayıb. 2015-ci il Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən bu maddi-mədəniyyət mərkəzi tamamilə yenilənib və eksponatlarla zənginləşdirilib. Muzeyin mövzu-ekspozisiya planı tam şəkildə yenidən işlənib. Hazırda muzeydə 4207 eksponat var. Bu mədəniyyət ocağının mövzu ekspozisiyası 4 salonda 17 bölmədə nümayiş etdirilir. Ekspozisiyanın 4 bölməsində Kürdəmir rayonunun tarixinə, mədəniyyətinə, məişətinə aid eksponatlar sərgilənir.

     Muzeydə Ulu Öndər Heydər Əliyevin prezident İlham Əliyevin Kürdəmir rayonuna səfərlərini, rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotolar yerləşdirilib.

     Muzeyin 1-ci bölməsi paleolit dövrünün mədəniyyətini və tarixini özündə əks etdirən materiallarla zəngindir. Bölmədə eramızdan əvvəl XI-XII əsrlərə aid əşyalar nümayiş etdirilir. Qədim Kürdəmir haqqında və ərazidə aparılmış arxeoloji qazıntıları əks etdirən materiallar da böyük maraq  doğurur. 3-cü bölmədə isə son orta əsrlərə və XX əsrin əvvəlinə aid eksponatlar sərgilənir. Burada erməni teroruna, xüsusi ilə 1918-ci ildə ermənilərin Kürdəmirdə törətdikləri qırğınlara həsr olunan çoxlu sayda foto və sənədlər toplanıb.

    Kürdəmirin tanınmış ziyalılarına həsr olunan bölmədə isə rayonun yetişdirməsi olan tanınmış insanlar haqqında geniş məlumatlar toplanıb.