Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
asan xidmət
Milli Olimpiya Muzeyi
Baxış sayı: 1226
  • Ünvan:
    Olimpiya, Bakı, Nərimanov, AZ1110
  • Telefon:
    (+994 12) 465-13-23, (+994 12) 440-19-31, (+994 12) 441-04-24, (+994 12) 465-84-38
  • Faks:
    (+994 12) 465-42-25
Avtobus
Milli Olimpiya2001-ci il martın 27-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş inzibati binasında yerləşən Olimpiya muzeyinin açılışı oldu. "Olimpiya" muzeyinin Azərbaycan Olimpiya Hərəkatının, olimpizmin inkişafında əvəzsiz rolu vardır.Burada eksponatlarm zənginliyi, muzeyin ekspozisiyasma xoş təsir bağışlayır. Eksponatların bir hissəsi, üzərində olimpiya rəmzləri olan müxtəlif suvenirlər, xalçalar, saatlar və sairə bəxşişlərdən ibarətdir. Burada Azərbaycanın adlı-sanlı idmançılarının Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında qazandıqları medallar, fəxri fərmanlar, diplomlar, kuboklar muzeyin ən qiymətli eksponatları kimi qorunub saxlanılır. Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında Azərbaycanı təmsil edən idmançılarımızm idman geyimləri burada rəngarəng bir səhnəni xatırladır. Ekspozisiyadakı idman mövzulu qrafika, yağlı boya ilə işlənmiş əsərlər və heykəltaraşlıq işləri muzeyi daha da zənginləşdirir. Milli Olimpiya Komitəsinin nəşr etdiyi aylıq "Olimpiya" jurnalı, həftəlik "Olimpiya dünyası" qəzetinin bütün nüsxələri Azərbaycan Olimpiya Hərəkatının güzgüsü kimi muzeydə saxlanılır. Muzeyimizdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq, Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante, Avropa Olimpiya Komitəsinin texniki əməkdaşlıq Komissiyasmm sədri xanım Ovinilla Limberq, Dünya və Avropa idman federasiyalarının prezidentləri və digər mötəbər şəxslər olmuşdular.