Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi
Baxış sayı: 11372
  • Ünvan:
    Rostropoviçlər, Bakı, Yasamal, AZ1001
  • Telefon:
    (+994 12) 492-02-65, (+994 12) 497-09-46
  • Faks:
    (+994 12) 497-09-46
  • E-poçt:
Avtobus
6, 31, 37, 59, 77, 10 (276 m.)18, 53, 205 (362 m.)65, Ekspres M2 (374 m.)Ekspres M2A (422 m.)17 (478 m.)

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi — dünya şöhrətli violonçelist, Mstislav Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə yerləşən muzey. Muzey 2002-ci il mart ayının 4-də açılmışdır.
Muzeyin ekspozisiyasında M. Rostropoviçin uşaqlıq, gənclik, həyat və yaradıcılıq illərinin çiçəkləndiyi dövrləri əks etdirən maraqlı materiallar nümayiş etdirilir.
Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o dövrkü mühit əks etdirilmişdir. Muzeydə nümayiş olunan eksponatlar arasında Leopold Rostropoviç tərəfindən oğluna yazdığı (1942-ci il) məktub da vardır. Bu məktub M. Rostropoviç üçün hər bir zaman mənəvi dayaq olmuşdur. Ekspozisiyanın ikinci hissəsində M. Rostropoviçin həyat və yaradıcılığının mühüm anları, onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur. Muzeydə M. Rostropoviç haqqında filmlər, maestronun ifası ilə yazılmış audio kasetlər və disklər vardır.
Muzeydə daima olaraq Rostropoviçin ifasında musiqi (Bax, Bethoven) və onun dirijorluğu altında simfonik musiqilər səslənir. Burada Rostropoviçin ən sevimli əsərlərindən biri –Pyotr Çaykovskinin Altıncı simfoniyasının lent yazısı da səsləndirilir. O, bu əsərə 1974-cü ildə Moskva Konservatoriyasının Böyük Zalında Moskvadan xaricə getməzdən əvvəl vida gecəsində dirijorluq edib. Ev-muzeydə saat maestro Rostropoviçin vəfat etdiyi vaxta – 14:08-ə qurulmuşdur.