Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Mir Əhməd xanın evi
Baxış sayı: 485
  • Ünvan:
    Şirəli Axundov, Lənkəran, AZ4200
  • Telefon:
    (+994 2525) 5-08-29
Avtobus

Gözəl memarlıq abidələrindən biridir və bu binanın tikintisi 1913-cü ildə tamamlanmışdır. Lənkəranda yerləşən bu abidənin tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunmuşdur. Onun fasadları əlvan naxışlarla zəngindir. Bina tikilərkən bir çox inşaat materialları Lənkərana Fransadan və Bakıdan gəmi ilə gətirilmişdir. Bu üç mərtəbəli bina şəhərin ilk çox mərtəbəli binası olmuşdur. Bəzi məlumatlara əsaslansaq, Lənkəranda ilk dəfə 1908-1910-cu illərdə Mirəhməd xanın evi tikilərkən daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olmuşdur. Bunun vasitəsi ilə quyudan su hamamın çəninə vurularmış. 1910-1912-ci illərdə isə elektrik gücü 1-2 kvt olan sabit cərəyan elektrik qurğusu yaradılmışdır. Qeyd etmək lazımdır ki, binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənmişdir. Şərq və cənub fasadları isə yalnız kərpicdən hörülmüşdür. Evin giriş hissəsi şimal fasadında yerləşmişdir, ağ daşdandır. Şimal-qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker tikilmişdir. Ekker dörd üzlü dəmir günbəzlə örtülmüşdür. Xan evi adlanan bu bina Mirəhməd xanın sifarişi ilə tikilmişdir. Öz əsrinin ziyalı adamlarından olan Mirəhməd xan bu binanın tikilməsi üçün Fransadan memar və ustalar dəvət etmişdir. Elə buna görə də bu tikilidə həm qərb, həm də şərq memarlıq elementlərindən məharətlə istifadə edilmişdir, bu da binaya xüsüsi gözəllik və orijinallıq verir. Bina Milli Qəhrəman Ə.Əliyev adına mədəniyyət və istirahət parkının qarşısında yerləşir. Hazırda bu bina tarixi-mədəni abidə kimi qorunur.

http://www.lankaran.az/content.php?page=xan_evi