Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Üzeyir Hacıbəylinin Ev-Muzeyi
Baxış sayı: 514
Avtobus

Üzeyir Hacıbəylinin Ev Muzeyi — Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operasının Leyli və Məcnun, Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun yaradıcısı, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Ak. Şamil Əzizbəyov 67/69 ünvanında yerləşən 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil olunmuş muzeydir.
KP MK-nın birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Şamil Əzizbəyov 67 ünvanında yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə muzey təşkil olundu və 1975-ci il noyabr ayının 20 –də muzeyin təntənəli açılışı oldu. Muzeyin tərtibatında və hazırlanmasında Azərbaycan xalq rəssamı Kazım Kazımzadə-nin və memar Eduard Kruikinin böyuk əməyi olmuşdur.
Bəstakarın 1915-1942-ci illər ərzində yaşadığı bu evdə onun bir çox əsərləri, o cümlədən Azərbaycan milli musiqisinin tacı olan "Koroğlu" operası bəstələnmişdi. Vaxtı ilə Üzeyir bəyin şəxsi katibi olmuş, sonradan isə ev muzeyinin direktoru vəzifəsində çalışmış Ramazan Həmzət oğlu Xəlilovun təşəbbüsü ilə bəstəkarın şəxsi və ev əşyaları toplanıb muzeyə təhvil verilmişdir.