Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Cəlil Məmmədquluzadənin Ev-Muzeyi
Baxış sayı:
Avtobus

Cəlil Məmmədquluzadənin Ev Muzeyi — Böyük Azərbaycan ədibi və publisisti Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yaradılmış ev muzeyidir.
Muzey Azərbaycan Respublikası hökumətinin 1978-ci ildə verdiyi qərarla Bakı şəhəri, Süleyman Tağızadə küçəsi (köhnə Poçt küçəsi), 56 ünvanında yerləşən evdə yaradılmış, 1994 – cü il, 28 dekabrda C. Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində açılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyev iştirak etmiş və nitq söyləmişdir.
Muzeydə C. Məmmədquluzadə və digər mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən 3000-ə yaxın eksponat toplanmışdır. Onların 500 - ə yaxını muzeyin ekspozisiyasında nümayiş etdirilir.
Ekspozisiya beş otaqda (ümumi sahəsi 185 m²) yerləşir. Muzeydə ədibin uşaqlıq, gənclik və təhsil illərini, məktəbdarlıq fəaliyyətini, ilk yaradıcılıq addımlarını və mühitini, onun ilk jurnalistik və ədəbi fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilir. Ədibin iş otağı, “Molla Nəsrəddin” jurnalının redaksiyası – xatirə otağında isə C. Məmmədquluzadənin həyat və fəaliyyətinin 1922-1932-ci illər dövrünü əks etdirən, habelə yaradıcılığının tədqiqi ilə bağlı materiallar toplanmışdır. Burada ədibin əsərlərinin dünyada yayılma arealını əks etdirən xəritə də tərtib olunmuşdur.
Muzey C. Məmmədquluzadənin və digər mollanəsrəddinçilərin irsinin toplanması, tədqiqi və təbliği sahəsində fəailliyyət göstərir.

Son xəbərlər