Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Tovuz Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı: 380
Avtobus

Tovuz rayonunda öz görkəmi ilə şəhərin mərkəzinə xüsusi gözəllik verən Heydər Əliyev Mərkəzi 2007-ci ilin sonlarından böyük bir əmək qüvvəsi yüksək memarlıq üslubu ilə muzeyin tikintisinə başlanıldı və 2008-ci ilin sentyabr ayında istifadəyə verildi. Tovuz Heydər Əliyev Mərkəzinin açılışı 24 sentyabr 2008-ci ildə olmuşdur.

Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər və eksponantlar, o cümlədən müxtəlif illərdə Tovuz rayonuna tarixi səfərlərinə dair fotolar nümayiş olunur.

Ümumi sahəsi 560 kv.m olan Mərkəz iki mərtəbədən ibarətdir. O cümlədən birinci mərtəbə 540 kv.m, ikinci mərtəbə 462 kv.m-dir.

Mərkəzin birinci mərtəbəsində ulu öndərin qranitdən yonulmuş büst kompleksi, Heydər Əliyevin müstəqilliyimiz, dövlətçiliyimiz haqqında söylədiyi kəlamlardan ibarət lövhələr və ümummilli liderimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən qısa materialdan ibarət lövhə yerləşir.

Mərkəzin ikinci mərtəbəsi ekspozisiya zalı, kiçik konfrans zalı və kitabxanadan ibarətdir. Kitabxanada Heydər Əliyevə və bu siyasi kursun davamçısı İlham Əliyevə həsr olunan 370 adda 694 kitab, jurnallar və müxtəlif nəşrlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə latın qrafikası ilə yenidən nəşr olunan 300 nüsxə kitab vardır. Tovuz rayon Heydər Əliyev Mərkəzində 978 eksponant ( sənədlərin surəti, fotostendlər, disk və 330 adda 575 kitab və s.) saxlanılır. Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə mərkəzdə komputer, dil kursları təşkil olunmuşdur. Kurslar həftədə üç gün təşkil olunur.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən təbliğ etmək məqsədi ilə mərkəzin zalında ulu öndərlə bağlı dərslər keçirilir, filmlər nümayiş olunur. Mərkəzdə ulu öndərin irsini, həyat və fəaliyyətini özündə əks etdirən 10 disk vardır. Mərkəzdə ümummilli liderin xarici ölkələrə və ölkəmizin regionlarında keçiridiyi görüşü əks etdirən 13 fotostend yaradılmışdır.