Facebook Pixel Code
GoMap XƏRITƏ
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi rayon İcra Hakimiyyətinin sifarişi ilə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 mart 2007-ci il tarixli 63 s nömrəli sərəncamı ilə tikilməyə başlanıb. Mərkəz Mədəniyyət Turizm Nazirliyinin İsmayıllı rayonunda Heydər Əliyev Muzeyinin yaradılması haqqında 24.04.2008-ci il tarixli 216 nömrəli əmrinə əsasən yaradılıb. 07.05.2009-cu il tarixli, 188 nömrəli əmrinə əsasən Heydər Əliyev muzeyi, 15 may 2009-cu il tarixdən Heydər Əliyev Mərkəzi adlandırılmağa başlanıb.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi İsmayıllı şəhər Heydər Əliyev prospekti 57 ünvanında yerləşir. Sahəsi 2190 kvm.-dir.

Bina 3 mərtəblidir. I mərtəbə 8 otaqdan və 1 foyedən ibarətdir. II mərtəbə 1 foye, ekspozisiya zalı,sonradan uyunlaşdırılmış konfrans zalı və inzibati otaqlardan ibarətdir. III mərtəbə 7 iş otağı, 2 kitabxana otağı, 2 qonaq otağı, 1 konfrans zalı, 1 mətbəx, 1 inzibati otaqdan ibarətdir. Mərəkəzdə 11 işçi işləyir. Bunlardan 4-ü elmi heyyət 6-sı isə texniki heyyətdir. Mərkəzin I mərtəbəsində əsasən dərnəklər və kurslar fəailiyyət göstərir. Ödənişsiz Rəssamlıq, Modelizm və Bacarıqlı əllər dərnəkərində hazırlanmış əl işləri I mərtəbənin foyesində geniş muzey şəkilində sərgilənir. Bundan başqa müxtəlif yerli dövlət və respublika əhəmiyyətli tədbirlərdə mütamadi olaraq nümayiş edilir. İsmayıllı rayon Uşaq Gənclər Şahmat Məktəbi ilə birgə təşkil olunmuş Şahmat dərnəyinin üzvləri müxtəlif rayon və respublika yarışlarında layiqli yerləri tutmuşlar. 2019-cu ildən isə mərkəzdə ödənişli Rus dili və İngilis dili kursları fəaliyyətə başlayıb.

Mərkəzin fondunda 400 –dən artıq ekponat saxlanılır. Mərkəzin II mərtəbəsində yerləşən ekspozisiya zallarında Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər, kitablar və s. nümayiş edilir. 2013-cü ildən etibarən İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin II mərtəbəsində yerləşən uyğunlaşdırılmış akt zalında Dövlət əhəmiyytli bayramlarla və hüzn günləri ilə əlaqədar müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur.

III mərtəbə yerləşən akt zalında isə əsasən xüsusi dövlət əhəmiyyətli iclas və tədbirlər keçirilir. Həmçinin Mərkəzin II mərtəbəsində bir otaq Heydər Əliyev Fondu yanında Regionların İnkişafı İctimai Birliyi üçün ayrılmışdır.

III mərtəbədə yerləşən Heydər Əliyev Mərkəzi Kitabxanası 2008-ci ildən etibarən fəaliyyətə başlamışdır. Kitabxana H.Əliyev irsinin araşdırma məqsədi ilə fəaliyyət göstərir. Kitabxananın kitab fondunda 4800 nüsxə vardır ki, bunlardan 120 kiril, 3949 azərbaycan qrafikalıdır. 320-si ingilis, 411-ü isə rus dilindədir. Mərkəzin kitabxanası oxucuların rahat mütaliə etməsi üçün oxu zalından və fond otağından ibarətdir. 2017-ci ildən etibarən tam gücü ilə fəaliyyətə başlayıb və geniş şəkildə oxucuların qəbul etməyə başlamışdır. Bu müddət ərzində kitabxanaya 1000-ə yaxın oxucu üzv olmuşdur.

Son xəbərlər