Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Şirvanşahlar Sarayı
Baxış sayı:
  • Ünvan:
    Qəsr, döngə 1, Bakı, Səbail, AZ1000
  • Telefon:
    (+994 12) 492-10-73 (kassa), (+994 12) 492-38-93
Avtobus
Şirvanşahlar SarayıŞirvanşahlar sarayı 1420-ci ildə Dərbəndi sülaləsindən olan I Xəlilullah şahın sifarişi ilə tikilib. Sarayın ansamblı 9 tikilidən: Saray binasından, Divanxanadan, Dərviş türbəsindən, Şərq darvazasından (portal), saray məscidindən, Key-Qubad məscidindən, saray türbəsindən, hamam və ovdandan ibarətdir. Sarayın binası 1420-ci illərdə, ona bitişik olan Divanxana 1450-ci illərdə, türbə 1435-ci ildə, məscid 1442-ci ildə, Seyid Yəhya Bakuvinin türbəsi 1450-ci illərdə, Şimal darvazası 1585-ci ildə tikilmişdir. Şirvanşahlar sarayı ansamblının binaları yerin relyefinə uyğun olaraq 3 səviyyədə qruplaşdırılmışdır. Ərazinin ən hündür yerində olan yuxarı həyətdə Saray Binası və ona bitişik Divanxana, aşağı həyətdə türbə və minarəli Şah Məscidi, yuxarı həyətin yaxınlığında Seyid Yəhya Cəlaləddin Bakuvinin türbəsi və Keyqubad məscidi yerləşir. Türbə olan həyətin giriş baştaği – Şimal darvazası tikilmişdir. Şirvanşahlar saray ansamblının yaxınlığında hamam, şah kəhrizinin qurtaracağında ovdan qalmışdır. Saray 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə 27 otağdan, ikinci mərtəbə 25 otaqdan ibarətdir. Şirvanşahlar sarayı orta əsrlər Azərbaycan memarlıq sənətinin şah əsəri kimi qəbul edilmişdir. 1964-cü ildə kompleks muzey-qoruq elan edilib və dövlət mühafizəsinə götürülüb. Orada 200-dən çox abidə var. Şirvanşahlar sarayının əsas binalarının memar Əli tərəfindən tikilməsi ehtimal olunur. Memar Əlinin adı 1435-ci il tarixli Türbənin baştağındakı badamvari medalyonlarla həkk olunmuşdur. Şimal darvazasının baştağı üzərindəki kitabədə ustad Əmirşah Belyənguhinin adı yazılmışdır. Sarayın daşları üzərindəki yazılar ,sarayın daşları üzərində olan bədii oymalar və memarlıq elementləri,bu abidənin Azərbaycan milli memarlıq nümunəsi olduğunu sübut edir. Bu abidə kompleksi 1997-ci ildə YUNESKO tərəfindən qorunan abidələrin siyahısına daxil edilmişdir.
Son xəbərlər