Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Baxış sayı:
  • Ünvan:
    Zərifə Əliyeva, Bakı, Səbail, AZ1005
  • Telefon:
    (+994 12) 598-49-17 (inzibatçı), (+994 12) 498-13-21 (köməkçi), (+994 12) 493-29-85 (mühasibatlıq), (+994 12) 493-30-13, (+994 12) 493-88-37, (+994 70) 833-06-58
  • Web səhifə:
  • E-poçt:
Avtobus

 Azərbaycanda milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı dahi bəstəkar Üzeyir bəy Hacıbəyli olmuşdur. Onun 1909-cu ildə yazdığı "Ər və arvad” musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda, Nikitin qardaşlarının sirk binasında göstərilmişdir. Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrı təşəkkül tapmışdır. Sonrakı illərdə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun”, "Arşın mal alan” (1913) musiqili komediyaları oynanılmışdır.
Həmçinin inqılaba qədərki dövrdə Z.Hacıbəyovun "Əlli yaşında cavan”, "Evlikən subay”, M.Kazımovskinin "Molla Cəbi”, "Vurhavur” musiqili komediyaları da tamaşaya qoyulmuşdur. Bu tamaşaların ərsəyə gəlməsində H.Ərəblinski, M.Ə.Əliyev, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı və Ə.Anaplı kimi sənətkarlar mühüm rol oynamışlar.
1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Opera və Balet Teatrında oynanılırdı. 1938-ci ildə müstəqil Musiqili Komediya Teatrı (Azərbaycan və rus bölmələri ilə) təşkil edildi və teatr 1938-ci ilin sentyabr ayından rəsmi olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrı statusu aldı.
10 mart 2014-cü il – Azərbaycanda peşəkar milli teatr sənətinin yaranmasının 141-ci ildönümündə Azərbaycan Dövlət Musiqili Teatrının təntənəli açılışı mərasimi keçirildi. Bu əlamətdar hadisə münasibətilə ”Musiqili teatr – bizik” tamaşası nümayiş olundu.
Hazırda teatrın istər Azərbaycan, istərsə də rus bölmələrində zəngin repertuar formalaşmış, işgüzar və professional sənətçilər yorulmaq bilmədən əzmlə çalışırlar.

Son xəbərlər