Facebook Pixel Code
GoMap XƏRITƏ
Dağüstü park
Baxış sayı:
  • Ünvan:
    Saraykina, Bakı, Səbail, AZ1009
Avtobus
Dağüstü parkBakının düz mərkəzində yerləşən, yerli sakinlərin sevimli istirahət yeri olan Dağüstü park uzun illərdir paytaxtın ən gözəl parklarından biri sayılır. Parkın xalq arasında geniş yayılan daha biri adı – Baxış meydançasıdır. Sovet dövründə isə Sergey Kirovun adını daşıyıb.Dağüstü parkı unikal edən cəhət budur ki, onun ərazisindən şəhərə, Bakı buxtasına, buxta boyunca uzanan Dənizkənarı Milli Parka gözəl panoram açılır. Bu da parkın nə üçün Dağüstü adlandırılmasını izah edir. Hələ XX əsrin 30-cu illərində, Bakının baş planı hazırlanarkən məhz həmin fakt əsas götürülüb və nəzərdə tutulub ki, bu yerlərdə yaradılan Dağüstü park paytaxtın ümumi arxitektura kompozisiyasında mühüm rol oynayacaq.Park memar İlyinin layihəsi əsasında Bakı karxanalarının rəngbərəng əhəng daşlarından istifadə edilməklə köhnə qəbiristanlığın yerində salınıb. Yeri gəlmişkən, parkın daha bir köhnə adı bu qəbiristanlıqla bağlıdır – İngilis parkı. Deyilənə görə, ötən əsrin 20-ci illərində burada 1918-ci il mart hadisələrinin qurbanları ilə yanaşı, Rusiya imperatorunun devrilməsindən sonra Bakıya gələn ingilis əsgərləri də dəfn edilib.Dağüstü parkda Azərbaycan İstiqlal Muzeyi və 1990-cı il Qara Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanı yerləşir.
Son xəbərlər