Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Qaratəpə yaşayış yeri
Baxış sayı: 465
  • Ünvan:
    Beyləqan, AZ1227
Avtobus

Mil düzündə, Beyləqan şəhər xarabalıqlarından 4 km şimal-qərbdə Qaratəpədə tədqiq edilmiş yaşayış yeri də kənd tipli yaşayış məskəninin qalıqlarıdır. Burada yaşayış məskəni dəmir dövrünün yaşayış yeri üzərində salınmışdır. Hündürlüyü 4 m, diametri 140 m olan bu təpədə qalınlığı 4,6 m olan, üç mədəni təbəqəyə ayrılan maddi mədəniyyət qalıqları yatımının varlığı arxeoloji qazıntılarla müəyyən olunmuşdur. Qalınlığı 80 sm-ə çatan, XI-XIII əsrin əvvəllərinə aid edilən üst mədəni təbəqədə çiy kərpicdən inşa olunmuş tikili qalıqları, ocaqlar, təndirlər, müxtəlif təsərrüfat quyuları aşkarlanıb tədqiq edilmişdir. Burada habelə üzərinə gil suvaq çəkilmiş təxminən 3x4 m ölçüdə döşəmə qalıqları da qeydə alınmışdır. Bu qalıqların çubuq hörmə evin qalıqları olduğu ehtimal olunur. Qazıntılar zamanı tapılmış maraqlı inşaat materiallarından qapının dabandaşını qeyd etmək olar. Yaşayış yerindən tapılmış arxeoloji materiallar o qədər də çox olmayıb əsasən şirli və şirsiz saxsı qablarla təmsil olunmuşdur.

Qaratəpədəki kənd tipli yaşayış yerində monqolların hücumu ilə əlaqədar həyat kəsilmiş, sakinlər onu tərk etmiş, sonradan maldar əhali bu təpədən qəbiristanlıq kimi istifadə etmişdir.