Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Hamam (XVII əsr)
Baxış sayı: 2958
  • Ünvan:
    M.Sidqi, Ordubad, AZ6900
Avtobus

Ordubad şəhərində 18-19-cu əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş memarlıq abidəsidir. Hamamın ümumi sahəsi 483 m2, divarlarının qalınlığı 1 m-dir. Bina 20x20x5 ölçüdə bişmiş kərpiclə inşa olunmuşdur. Hamam düzbucaqlı strukturu ilə digər orta əsr Şərq hamamlarından fərqlənir. Hamam əsasən geniş vestübül, çayxana, soyunma və yuyunma zallarından ibarətdir. Zallara açılan otaqlardan digər otaqlara və ocaqxanaya giriş var. Hamamın vestibülünə eni 1 m olan çatma tağ formalı dəhlizdən daxil olunur. Soyunma zalı kəsik küncləri olan kvadrat, mərkəzi salon isə səkkizbucaqlı formadadır. Zalın divarlarında hamama gələnlərin əşyalarını qoymaq üçün 4 ədəd dərin (2,8 x 1,3 m, 2,8x2,8 m) taxça var. Taxçalar hamamın səthindən 60 sm hündürlükdədir. Vestibülün mərkazində kiçik çərhovuz (2x2 m) var. Diametri 6,35 m olan günbəz səkkizbucaqlı zalın künclərindəki sütunlara stalaktidlərlə keçir. Soyunma zalının hündürlüyü 7,4 m-dir, yuxarısı dairəvi günbəzlə qapanır. Yuyunma zalı digər orta əsr hamamlarından mürəkkəb quruluşuna görə fərqlənir. Zal çatma tağ formalı dərin taxçalarla əhatə olunmuşdur. Taxçaların içərisində kisələnmək və masaj üçün xüsusi sal daşlar yerləşdirilmişdir. Zalın mərkəzində dairəvi hovuz var. Yuyunma zalının günbəzinin diametri 5,8 m, hündürlüyü 7,4 m-dir. Hamamın şərq tərəfındə, yuyunma zalına bitişik isti su hovuzu və onun altında ocaqxana var. Xəzinədən yuyunma zalına açılan gözlükdən isti su götürmək üçün istifadə edilirmiş. Hamamın suyu yaxınlıqdan keçən Qarahovuz çeşməsindən götürülürmüş. Su saxsı borular vasitəsilə xəzinəyə və hamamın yuyunma zalına daxil olurmuş. Yuyunma zalı və ona birləşən otaqların altında isti havanın dövr etməsi üçün kanallar düzəldilmişdir. Hamamın tağlı taxçaları sütunlarla qaldırılmış və tağtavanla örtülmüşdür. Hamamın binası 20-ci əsrdə bir neçə dəfə yenidən qurulmuş və təmir olunmuşdur.

Naxçıvan abidələrinin ensiklopediyası