Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Aza körpüsü
Baxış sayı: 6345
  • Ünvan:
    Ordubad, AZ6911
Avtobus

Ordubad rayonunun, Aza kəndində, Gilançayın üzərində XVII əsrə aid memarlıq abidəsi. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3, 5 m, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük Ipək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş və yenidən qurulmuşdur. Hazırda Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edir.