Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Lənkəran mayakı
Baxış sayı: 14360
  • Ünvan:
    Heydər Əliyev, Lənkəran, AZ4200
Avtobus
88, 5, 125, 18, Ekspres M2, Ekspres M2A, 10, Ekspres E1, 149 (306 m.)Həzi Aslanov-İçəri Şəhər, Həzi Aslanov-İçəri Şəhər (398 m.)

Lənkəran mayakının 1747-1786-cı illərdə tikilməsi ehtimal olunur. O zamanlar mayak və həbsxana deyilən binalar bir kompleks kimi fəaliyyət göstərirdi. Hər iki binanın arasında gizli yol mövcuddur. Mayakın bünövrəsində xüsusi quyu vardır, deyilənə görə quyudan keçmiş həbsxana binasına kanalla, tuneləbənzər yeraltı yol olmuşdur. Bu yol ilə gəmi ilə gətirilən həbs edilənlər Mayakdan zindana aparılırdı. Bu yolla iki nəfər yan-yana ayaq üstə sərbəst yeriyə bilərmiş. Kanalın yan divarlarında hər iki metrdən bir ayrıca rəflərdə şam yandırmaq üçün şamdan əvəzi saxsı nəlbəkilər qoyulmuşdur. Hər iki binanın hər mərtəbəsində 7 dairəvi otaq vardır və bu bir daha sübut edir ki, hər iki bina eyni məqsəd ilə inşa edilmişdir. 1869-cu ildə həbsxana ləğv edilərək şəhər idarəsinin sərəncamına verilmişdir. Şəhər idarəsi Mayakın yuxarı hissəsinə minarə və işıqlandırıcı fanar qoymaq üçün əlavə olaraq uyğun qurğu qoydurmuş və onu Kaspi Flotilyasının hidroqrafik xidmətinə vermişdir.

Mayak Lənkəran şəhərinin şimal-şərq hissəsində 38 dərəcə 46 dəqiqə şərq uzunluğu ilə 48 dərəcə 51 dəqiqə şimal enliyinin kəsişdiyi nöqtədə yerləşir. Mayakın hündürlüyü fanarın qurğusuna kimi 30,5 m, fanar ilə birlikdə 33,4 m-dir. Mayakın divarlarının qalınlığı 2 metrdir. Mayak 1957-ci ildə yeniləşdirilərək, enli dairəsinin üstü dəmirlə örtülmüşdür. 1969-cu ildə Mayakın xidmətinin 100 illiyi qeyd edilmiş və onun qapısı üzərində aşağıdakı yazısı olan tunc lövhə vurulmuşdur. "Lenkoranskomu Mayaku stoletnıy yubiley. Qidroqrafiçeskoqo Upravleniya Ministerstva SSSR". Lakin ikinci bina (Zindan) uzun müddət həbsxana kimi istifadə edilmişdir. 2002-ci ilin əvvəllərində Mayakın divarlarına suvaq çəkilmişdir.

http://www.lankaran.az/content.php?page=abide_mayak