Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Qız qalası
Baxış sayı:
  • Ünvan:
    Gədəbəy, AZ2100
Avtobus

Gədəbəyin Söyüdlü kəndindən 7 km aralıda, dağ zirvəsində yerləşən Qız qalası memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə fərqlənir. Qalanın çoxbucaqlı bitkin planı vardır. Bucaqlardakı dairəvi bürclər onun möhkəmliyini artırır, möhtəşəmliyini daha qabarıq nəzərə çatdırı. Qız qalası dağ relyefinə uyğunlaşdırılaraq inşa olunmuş və ikiqatlıdır. Üst qatda, dağın zirvəsində beşbucaqlı plana malik narınqala yerləşir. Cənubdan içqalaya alt qatda inşa olunmuş ikinci bölüm birləşir. Qala kvadrat formalı bişmiş kərpicdən inşa olunmuşdu. Gədəbəy Qız qalasının fərqləndirici konstruktiv elementlərindən biri narınqalanın bayır səthlərində maşikulların ikiqatlı olmasındandır. Divar və bürclərin ortasından kəmər kimi keçən və yuxarıda onları tac kimi tamamlayan bu iki sıra maşikullar Qız qalasının müdafiəsini xeyli gücləndirməklə yanaşı, həm də onun bədii təsir qüvvəsini artırırdı. XII əsrdə inşa olunduğu ehtimal edilən Gədəbəy Qız qalası Azərbaycan hərb memarlığının qiymətli nümunələrindən biri olmaqla əlçatmaz dağ zirvələrində memar təxəyyülünün incisi kimi ucalır.

Vəli Baxşəliyev Azərbaycan arxeologiyası

Son xəbərlər