Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Pənah xanın qəsri
Baxış sayı:
  • Ünvan:
    Lətif Kərimov, Şuşa, AZ5800
Avtobus

Pənah xanın qəsri – XVIII əsrə aid qəsr - Şuşanın içqalası Gəncə qapısı yaxınlığındakı iri təpədə idi. Tarixçi Mir Mehdi Xəzaninin yazdığına görə Pənah xanın tikdirdiyi içqala “divar və bürcləri olan kiçik qalaya bənzər saray” (qəsr) idi və xan öz iqamətgahının yanındakı təpədə böyük oğlu İbrahim xan üçün də “gözəl saray” tikdirmişdi. Rus mühəndislərinin çəkdikləri planlardan göründüyü kimi təpənin relyefinə uyğun mürəkkəb formalı planı olan içqalada saray binaları, divanxana və başqa binalardan ibarət kompleks vardı. Şuşanın bir çox abidələri kimi bu saray kompleksi də rus işğalından sonra sökülüb məhv edilmişdir. Saray kompleksi dairəvi bürcləri olan qala divarları ilə hasarlanıbmış. Şəhər qalanın üstün strateji yerlərində dördbucaq planlı, iç həyətli qəsrlər tikilmişdi. Bu qəsrlər hər şeydən öncə içərisində mudafiə alayı yerləşən qala tikililəri idi. Həm də şəhər qalasının kənarlarında, hündür yerlərdə tikilmiş bu qəsrlər şəhər çevrəsini tam nəzarət altında saxlamaq və qalaya olan hücumların xarakter və istiqamətini müəyyənləşdirib müdafiəni təşkil etmək məsələlərində həlledici rol oynayırdı. Qala divarları, bürclər, qəsr qüllələri Şuşa yaylasının meşəli və yalçın qayalı landşaftı ilə birləşib çox əzəmətli görünüş yaradırdı. Pənah xanın qəsrinin yalnız qalıqları dövrümüzə gəlib çatmışdır.

Son xəbərlər