Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Dairəvi Mərdəkan qalası
Baxış sayı: 1295
  • Ünvan:
    Rəfael Cəfərov, döngə 4, Bakı, Xəzər, AZ1076
Avtobus
Dairəvi Mərdəkan qalasının hündürlüyü 16 metrdir. İlk əvvəl belə güman edilir ki, bu tikinti yaşayış binalarından, ayrı inşa edilmiş qala sütunundan ibarət bir tikintidir. Lakin bərpa işləri aparılarkən qalanın ətraf ərazisi tikintilərdən təmizlənəndən sonra müəyyən edilmişdi ki, vaxtilə qalanın kiçik həcmli (25-in 25-ə) həyətyanı sahəsi və uca divarları var idi. Hal-hazırda da qala həyətini hündürlüyü 7 metr olan daş divar əhatə edir. Hasarın tinlərində qüllələr, məhəccər və mazqallar vardır. Planda dairəvi, sütun şəklində olan qala yuxarı getdikcə daralır. Hündürlük boyu 3 hissəyə bölünmüşdür. Bu hissələrin hamısı sferik günbəzlə örtülərək, bir-birilə divarın içində qurulan pilləkənlə əlaqələnir. İki və üçüncü mərtəbələrə işıq düşmək üçün bayırdan içəriyə doğru kəskin surətdə genişlənən ensiz zolaq şəklində pəncərələri vardır. Qəsr, dördkünc qala kimi, əhəng məhlulu ilə yerli əhəngdaşından hörülmüşdür. Qala qapısının üst hissəsində dördbucaqlı böyük bir daş layın üzərində ərəb dilində yazılmış üç kitabə vardır. Birinci yazının məzmunundan göründüyü kimi, qala Şirvanşah Herşası bin Fərruxzad bin Məniçöhrün (1204-1225) dövründə tikilmişdir. İkinci yazıdanDairəvi Mərdəkan qalası məlum olur ki, qalanın sahibi qüdrətli sipehsalar İshak bin Kakuli olmuşdur (Həcm Əd-Dəulə və Əd-Din Əl-Əmir İshak b. Kakuli). Bu şəxs də Şirvan ordusunun ali sərkərdəsi idi. Həmən bu yazıda qalanın inşa tarixi hicri 600-cü ilin Mordəd ayı göstərilir ki, bu da miladi 1232-1233-cü ilə müvafıqdir. Nəhayət, üçüncü yazıda qalanın memarı, Məsu oğlu Əbd-əl-Məcidin adı göstərilir.