Facebook Pixel Code
GoMap XƏRITƏ
Balakən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası
Baxış sayı:
Avtobus

Balakən rayonunda ilk dəfə 1947-ci ildə kitabxana üçün bina tikilmiş, həmin binada 1948-ci ildə Mərkəzi Kitabxana yaradılmışdır. O vaxt kitabxananın 2 işçisi olmuşdur. 1966-cı ildə həmin kitabxanaya görkəmli yazıçı M.Hüseynin adı verilmişdir.
1 dekabr 1979-cu ildən etibarən bütün kitabxanalar mərkəzləşdirilmiş halda fəaliyyət göstərməyə başlamışdır.  MKS-nin yeni binası ADNŞ-i tərəfindən inşa olunmuşdur. 2008-ci ilin sentyabr ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri zamanı kitabxananın açılışı olmuşdur. Binanın sahəsi 626 kv.m-dir. İki mərtəbədən ibarətdir. MKS-nin nəzdində 6 şöbə - xidmət, komplektləşdirmə və kitabişləmə, metodika-biblioqrafiya, kitabxana–biblioqrafiya proseslərinin avtomatlaşdırılması, informasiya–resurs və uşaq şöbələri fəaliyyət göstərir. Hal-hazırda Balakən rayon  MKS də 1 mərkəzi, 1 şəhər və 16 kitabxana filialı fəaliyyət göstərir .

Mərkəzi Kitabxanın kitab fondu 164344, nüsxədir. Bunlardan 77876 nüsxəsi latın, 69647 nüsxəsi  kiril, 16353 nüsxəsi rus, 161 nüsxəsi xarici, 301 nüsxəsi  gürcü dilində olan  ədəbiyyatdan ibarətdir.

Balakən rayon MKS–də  balakən.cls.az saytı fəaliyyət göstərir və burada il ərzində keçirilən tədbirlər işıqlandırılır, elanlar yerləşdirilir, operativ olaraq məlumatlar yenilənir.

Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi il ərzində cəmi 195 nüsxə yeni ədəbiyyat almışdır. Kitab fondu  20201 nüsxə təşkil edir. Oxuculara xidmət şöbəsi 2304 nəfər oxucuya 35547 nüsxə  kitabla xidmət göstərmişdir.

Son xəbərlər