Facebook Pixel Code
GoMap XƏRITƏ
Saatlı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası
Baxış sayı:
Avtobus

Mərkəzi Kitabxana - Hacağa Eynullayev adına Saatlı rayon Mərkəzi kitabxanası uzun illər rayonda mədəni - maarif və məktəbdənkənar tərbiyyə funksiyasını yerinə yetirən ilk mədəniyyət müəssissəsi kimi böyük rol oynamışdır. Saatlı rayonunda kitabxana ilkin kitab fondu 4000 (dörd min nüsxə ) olaraq 1949- cu ildə yaradılmışdır. Bu kitabxana həm də rayonun ilk kitabxanası olmuşdur. Əvvəllər Saatlı qəsəbə kitabxanası 2 işçisi olan Saatlı qəsəbəsində PMK-a adlanan idarənin ərazisində açılmışdır. Rayon kitabxanası savadsızlığın ləğvi, insanların savadlanaraq maariflənməsi, məlumatlanması istiqamətində, xüsusilə yeni əlifbanın öyrədilməsində, yeni qəzet və jurnalların ucadan oxudularaq məlumatlandırılmasında xeyli iş görmüşdür. Bu illərdə Kitabxananın xidmətindən il ərzində 1500- yaxın müxtəlif oxucu qrupları istifadə etmişdir. Uzun illər heç bir normal şəraiti olmayan Mərkəzi rayon kitabxanası müxtəlif ünvanlarda fəaliyyət göstərmişdir. Lakin insanların mütaliəyə və kitaba artan ehtiyaclarını nəzərə alaraq, Saatlı rayon İcrayyə Komitəsinin Qərarı ilə 1969- cu ildə Mərkəzi rayon kitabxanası üçün, 1978- ci ildə isə Uşaq kitabxanası üçün birtipli lahiyyə əsasında öz dövrü üçün geniş iş otaqları və 2 oxu zalları olan yaraşıqlı bir bina tikilib istifadəyə verilmişdir. Saatlı rayonunda kitabxanasının Mərkəzləşdirilməsi işi 1976- cə ildə başa çatdırılmışdır. Fondumuzda 500- yaxın elektron nəşrlər vardır. 2019- cü ildə Saatlı rayonunda 1 Mərkəzi kitabxana, 2 şəhər kitabxanası və 50 kənd kitabxana filialı fəaliyyət göstərir. 2019- cü ildə Mərkəzləşdirilmiş Kitabxana sisteminin fondu 349-min 500 nüsxə olmuşdur. Mərkəzi rayon kitabxanasının isə fondu 62878 nüsxədir. Kitabxana Saatlı rayon, Heydər Əliyev prospekti - 146 ünvanda fəaliyyət göstərir Mərkəzi Kitabxana 2 binadan ibarət olmaqla ümumi sahəsi 840 kv. metrdir və ayrı- ayrı 22 otaqdan ibarətdir. Mərkəzi Kitabxanada xidmət - Metodka və biblioqrafiya, İnformasiya – resurs, Komplektləşdirmə və kitabişləmə, Uşaq - Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri fəaliyyət göstərir. Kitabxanada komputer, ev tibb bacısı, uşaq teatr dərnəyi, gənclər teatr studiyası fəaliyyət göstərir.

Son xəbərlər