Facebook Pixel Code
GoMap XƏRITƏ
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
Baxış sayı:
  • Ünvan:
    Xaqani, Bakı, Səbail, AZ1000
  • Telefon:
    (+994 12) 493-40-03, (+994 12) 493-51-75, (+994 12) 493-64-03
  • Faks:
    (+994 12) 498-08-22
  • Web səhifə:
  • E-poçt:
Avtobus
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Bakı şəhərində, Xaqani küçəsi 29 ünvanında yerləşir. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon ədəddən artıqdır. 1923-cü ildə Azərbaycan Respublika Dövlət Kitabxanasının (indiki M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası) yaranması kitabxana işinin daha da genişlənməsinə təkan verdi. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyəti Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyəti kitabxanalarının fondlarından 5000 nüsxə kitab verildi. Sürətlə inkişaf etməyə başlayan kitabxana yarandığı vaxtdan əsas diqqəti fondun komplektləşdirilməsinə verdi. 1939-cu ildə kitabxanaya böyük mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verildi. Sonrakı dövrdə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarla yeni şöbə yaranmış, fondlarında ədəbiyyatın sayı milyonlara çatmışdır. Kitabxana memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən əzəmətli binaya 1961-ci ildə köçürülmüşdür. Memarı Mikayıl Hüseynovdur “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında Azərbaycan kitabının arxiv fondunu yaradır. 2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir. Azərbaycan Milli Kitabxanası Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatının üzvüdür.
Son xəbərlər