Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
28 nömrəli uşaq musiqi məktəbi
Baxış sayı: 12446
Avtobus

Bakı şəhəri Qaradağ rayonu,Sahil qəsəbəsi,Xəqani küçəsi 1 A-da yerləşən 28 №-li Uşaq Musiqi Məktəbi,Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 08 iyun 1978-ci il tarixli 05.463№-li sərəncamına əsasən 1979 - cu ildə 9 №-li musiqi məktəbinin filialı əsasında yaradılıb.

Bakı Şəhər İcraiyyə Komitəsi Mədəniyyət Şöbəsinin 25 sentyabr 1979 - cu il tarixli 284-k №-li Əmrinə əsasən Nəsirov Rəşid Hüseyn oğlu yeni açılmış 28 №-li musiqi məktəbinə direktor vəzifəsinə təyin edilmişdir.

Azərbaycan SSR Mədəniyyət Nazirinin 26 oktyabr 1987- ci il 306-k №-li əmrinə, Bakı şəhəri İcraiyyə Komitəsi Mədəniyyət Şöbəsinin 02 noyabr 1987- ci il tarixli 236- k №-li Əmrinə əsasən Əzimov Mehman Əli oğlu 28№-li Uşaq Musiqi Məktəbinə direktor vəzifəsinə təyin edilmişdir.

28 №-li UMM Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir.

Müəllimlərin köməyi ilə siniflər müxtəlif əyani vəsaitlərlə rəsmiləşdirilib. Məktəbdə 2018/2019 -cu tədris ilində, fortepiano,skripka,klarnet,tar,kamança,kanon,qarmon,xanəndə saz,nağara və vocal ixtisasları üzrə 284 şagird təhsil alır, 49 əsas və 4 əvəzçi müəllim işləyir. 28 №-li musiqi məktəbi fəaliyyətə başladıqdan sonar,1383 şagird məktəbi bitirib.1987-ci ildən Musiqi Məktəbini bitirən şagirdlərdən 67 nəfəri Azərb.Milli Konservatoriyanın Nəzdində Musiqi Kolleci ,Bakı Musiqi Akademiyası vəAzərbaycan Dövlət İncəsənət Universitetində təhsil alır və bitiriblər.

Məktəbimiz uşaqlara musiqi sahəsində ibtidai təhsil alır.Azərbaycan xalq ,klassik və dünya mədəniyyəti və i ncəsənətinin ən gözəl nümunələri əsasında onların estetik zövqünü formakaşdırır. Ən istedadlı və qabiliyyəti şagirdləri təhsillərini davam etdirmək məqsədilə müvafiq ixtisaslar üzrə orta ixtisas və ali ixtisas təhsil müəssisələrinə qəbul olunmaq üçün hazırlayır.

Məktəbin şagird və müəllimləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən keçirilən dövlət tədbirlərində ,müsabiqə və festivallarda daimi iştirak edir.