Yardımlı rayonunun Ökü kəndindəki 1222 il yaşı olan Şərq çinarı əsrlərin yadigarıdır. Gövdəsi yoğun olan bu ağacın koğuşuna 20-30 adam rahat yerləşir. Chinarin gövdəsi bir neçə yerdən parçalanmışdır. Buna baxmayaraq çinar hələ də yaşıldır. Çinar maili təpənin üstündə yerləşir və ətrafında ağaclar yoxdur.