Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Samux şəhərində "Dül-Dül" çinar
Baxış sayı:
  • Ünvan:
    Nüsrət Kəsəmənli, Samux, AZ5100
Avtobus

Kolayır-Qırmızı Samux yolunun sağ tərəfində əzəmətli bir çinar ucalır. Solda isə mineral bulaq çağlayır. Bulağın suyundan içib qollu-budaqlı çinara tərəf dönürük. Əsrlərin yadigarıdır. Təqribən 1500 ilə yaxın yaşı var. Kənd sakinləri bu çinarı Həzrət Əlinin adı ilə bağlayırlar. Deyirlər ki, dördüncü xəlifə Əli ibn Əbu Talib islamın zəfər yürüşü zamanı Samuxda olub və Düldül atlı atını bu ağacın kölgəsində saxlayıb. Qocaman çinarın dibində at nalının izini də göstərirlər. Düldül adı elə buradan meydana gəlib. Hündürlüyü bir neçə mərtəbəli evi kölgədə qoyar. Yaşıl çətirin dairəsi iyirmi metrdən çoxdur. Qəribədir, illər, əsrlər keçdikcə çinar özü-özünü təzələyir. Onun nəhəng gövdəsində yeni-yeni pöhrələr, budaqlar ucalır, köhnələri, qurumuşları əvəz edir. Kolayır kəndi ərazisində yerləşən və yaşı 1500 il olduğu güman edilən “Düldül” öz görkəmi ilə insanları özünə cəlb edərək insanların inanc yerinə çevrilib. Samux rayon əhalisi bu ağacı ziyarət edir, onun budaqlarına yaylıq, dəsmal bağlayıb niyyət edirlər. Neçə yüz illərdir təbiətin şıltaqlığına, insanların get-gəllərinə baxmayaraq, qocaman ağac məğrur qamətini qoruyaraq saxlayır. Düldül tək deyil. Burada yeddi çinar cərgələnib. Maraqlıdır, yaxınlıqda yeddi şəhidin məzarı görünür. Abidələr qoyulub, ehsan bulaqları çağlayır.

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=3993

http://az.apa.az/news.php?id=170680

Son xəbərlər