Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Gilgilçay səddi
Baxış sayı:
  • Ünvan:
    Siyəzən, AZ5312
Avtobus

Siyəzən rayonun qədim tarixi, mədəniyyət abidələrindən biri də Gilgilçay səddidir. Azərbaycanda Sasanilər dövrünə aid müdəfiə səddi (III-VII əsrlər) Xəzər dənizindən başlayaraq Baba dağının ətəklərində qurtarır. 1931-1932 və 1963-1964-cü illərdə Çıraqqalayadək olan hissəsi təqribən 60 km. tədqiq olunmuşdur. Gilgilçay hövzəsindən dağın döşünə qədər 5 km-lik məsafədə divar göy kərpiçdən hörülmüşdür. Kolanı kəndi yaxınlığında divarların hündürlüyü 5-7 m-ə, bəzi yerlərdə isə 7-11 m-ə çatır. 30-35 m məsafədə bürc və ya qüllə ucaldılmışdır. Gilgilçay səddi 85-ci bürcdən cənub-qərbə dönür. Burada səddin eni aşağıda 30 km, yuxarıda isə 15 km-ə çatır. Çiy kərpiçdən tikilmiş 88-ci bürc Gilgilçay səddini 1 yarısının sonu hesab edilir. 74-88-ci bürclərin arasında qala olmuşdur. Gilgilçayın sol sahilində səddin qalınlığı nisbətən yaxşı saxlanılmışdır. Gilgilçay səddinin II hissəsi Çıraqqalaya yaxın qurtarır. Səddin III hissəsi Çıraqqalanın 600 metrliyindən başlayır və Təkyə kəndinə qədər uzanır. Sədd Şabran çayının dağ sahilində Çinarlar kəndinin şimal-qərbində qurtarır. Həmin ərazidə “Qalayeri” adlanan qədim şəhər xarabalıqları vardır. Gilgilçay səddinin IV hissəsi Qalayerindən Afurca kəndinə qədər istiqamətlənir. Ən böyük bürcün hündürlüyü 4,7 m eni isə 7,7 m-dir. Bürc və divarlar əsasən yonulmuş daşlardan hörülmüşdür. Səddin çox hissəsi dağılmışdır.

http://webcache.googleusercontent.com/search?q=cache:BJhkLuOwfQwJ:www.mct.gov.az/files/routes/others_1_1194511592.doc+%C5%9Eabran+qalas%C4%B1&cd=12&hl=ru&ct=clnk&gl=az&client=firefox

 

Son xəbərlər