Facebook Pixel Code
GoMap XƏRITƏ
Azıx mağarası
Baxış sayı:
  • Ünvan:
    Xocavənd, AZ2800
Avtobus

Azərbaycan dünyada mövcud olan qədim insan məskənlərindən biri hesab edilir. Azərbaycanın təbii-coğrafi şəraiti, zəngin bitki və heyvanat aləmi ən qədim insanların burada yaşamalarına imkan vermişdir. Azərbaycan ərazisində təbii mağaraların da olması buna şərait yaratmışdır.

Azərbaycanın Qarabağ, Naxçıvan, Qazax, Kəlbəcər, Yardımlı və s. bölgələrindəki düşərgələrdə ən qədim insanlar yaşamışlar. Bu düşərgələrdən ən çox marağa səbəb olan, öyrənilən və böyük əhəmiyyət kəsb edən Azıx mağarasıdır.

Mağara 1960-cı ildən öyrənilməyə başlanmışdır. Mağara Füzuli şəhərindən 14 km şimal-qərbdə Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir.

Mağara böyük bir ərazini əhatə edir. Mağara bir-birilə dar keçidlə birləşən 6 salondan ibarətdir. Salonlardan ən böyüyü 3-cü salondur (sahəsi 104 m2). Mağaraya iki tərəfdən giriş vardır.

1968-ci ildə aparılan arxeoloji qazıntılar zamanı Aşöl dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsi tapılmışdır. Çənə sümüyünün tədqiqi zamanı aşkar edilmişdir ki, azıx adamı 350-400 min il bundan əvvəl yaşamışdır. Çənə sümüyü 19-20 yaşlı cavan qadına mənsub olmuşdur. Bu tapıntı dünyada dördüncü tapıntıdır. Bununla demək olar ki, Azərbaycan ərazisi ən qədim insanların yaşadıqları məskənlərdən birisidir.

Mağarada qazıntı işləri aparılarkən qalınlığı 10-14 metr olan mədəni təbəqə aşkarlanmışdır. Alt Paleolit dövrünə aid olan təbəqədən 3 mindən çox daşdan düzəldilmiş əmək alətləri, 30 mindən də çox daşlaşmış heyvan sümiikləri tapılmışdır.

Mağara öyrənilərkən 4 ocaq yeri aşkar edilmişdir. Ocaq yerində 150 kq ağırlığında kül-kömür qalığı müəyyən edilmişdir. Ocaqlardan birinin sahəsi 10 m2-ə qədərdir. Ocaqlar olan yerdə tikili qalıqları da aşkar olunmuşdur.

Azıx mağarası Antropogen dövrünə aid olan yeganə çoxtəbəqəli abidədir. Bu düşərgədə ibtidai insanlar alt Paleolit dövründən başlamış Eneolit dövrünə qədər yaşamışlar. Azıx tapıntıları bir daha sübut edir ki, Azərbaycan ərazisində insanlar 1,5 milyon il bundan əvvəl yaşamağa başlamışlar.

Son xəbərlər