Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı tam yeni versiyada istifadəçilərə təqdim edilmişdir
20.6.2012

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı yeni versiyada istifadəçilərə təqdim edilmişdir.
Yeni versiyada bir çox yeniliklər edilmişdir. Funksionallığı və dinamikliyi ilə fərqlənən və eyni ünvanda – mct.gov.az-da fəaliyyət göstərən yeni versiyanın üstünlüklərindən biri artıq onun beş dildə - Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində fəaliyyət göstərməsidir.
Nazirliyin saytında bir çox yeni bölmələr və fiziki şəxslərin rahatlığını təmin edən qrafik yaradılmışdır. Sayt vasitəsilə istənilən fiziki şəxs mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşə yazıla bilər. Saytda Azərbaycanın interaktiv xəritəsi, elektron müraciət, elektron xidmətlər, müxtəlif sənədlərin qəbulu, fiziki şəxs və ya turizm şirkəti haqqında hər hansı ərizə forması yer almışdır.
Eyni zamanda nazirliyin yenilənmiş saytında sual və cavab bölməsi, sənədlər bölməsi, turizm və mədəniyyət sahəsinə lazım olan məlumatlar öz əksini tapmışdır. Saytda turizm obyektləri haqqında geniş məlumatlar da toplanmışdır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın ilk elektron xəritəsi (gomap.az) saytın şəhərlər bölümündə təqdim edilmişdir.

AzərTAc