21.6.2019
  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) yazıçı və tədqiqatçı, Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Təbrizdə anadan olan və hazırda Türkiyədə yaşayan həmyerlimiz Əli Polad 200-dən çox nəfis şəkildə tərtib olunmuş kitab, 40 CD, çoxlu sayda plakatlar hədiyyə edib.

21.6.2019
  

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari il avqustun 1-dən etibarən xarici turistlər üçün qoruğa giriş haqqı 9 AZN olacaq.

21.6.2019
  

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli opera müğənnisi, rejissor, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

21.6.2019
  

İyunun 20-də “Aktyor Evi”nin səhnəsində Yeni Azərbaycan Partiyası, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

20.6.2019
  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamına əsasən, ölkəmizin Serbiyadakı səfirliyinin təşəbbüsü və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə iyunun 18-də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin serb dilinə tərcümə edilmiş seçmə şeirlərindən ibarət kitabının təqdimat mərasimi keçirilib, həmçinin “Nəsimi” filmi ilk dəfə serb dilində nümayiş olunub.

21.6.2019
  

İyulun 2-də Heydər Əliyev Sarayında “Sazlı-sözlü diyarım mənim” adlı aşıq konserti keçiriləcək.

20.6.2019
  

İyunun 19-da Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.

21.6.2019
  

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Afinada "Əli və Nino" filminin nümayişi keçirilib. 

20.6.2019
  

“Minsk 2019” ikinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycanın güləş yığmalarının heyətləri açıqlanıb.

20.6.2019
  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də rəsmi dəstəyi ilə keçirilən “NETTY 2019” Azərbaycanın milli internet müsabiqəsinin 15-ci mükafatlandırma mərasimi keçirilib.

20.6.2019
  

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xorvatiyanın Osiyek-Baranya vilayətində Beynəlxalq İpək Yolu Festivalında Dövlət Mahnı və Rəqs Ansamblımızın 11 nəfərlik rəqs qrupu iştirak edib.

21.6.2019
  

“Çölçü” bədii filmi bu günlərdə ABŞ-da keçirilən “Depth of Field International Film Festival Competition 2019” film müsabiqəsinin “Art-House” proqramında iştirak edərək “Möhtəşəm mükafat”a (EXCEPTIONAL MERIT) layiq görülüb.

20.6.2019
  

Madrid şəhərində “İspaniyanın beynəlxalq kolleci” tədris müəssisəsinin təşkilatçılığı ilə “Beynəlxalq Bazar” xeyriyyə tədbiri keçirilib.

20.6.2019
  

İyunun 19-da Bakının Pirallahı rayonunda “Tarixin canlı səhifələri” adlı Vll Gənclər festivalı keçirilib.

20.6.2019
  

Fransanın dünyaca məşhur “Master Chef” jurnalı Azərbaycan mətbəxinə həsr olunan mövsümi nömrəsini buraxıb.

20.6.2019
  

Nur-Sultanda müasir dövrün tanınmış heykəltəraşı Vaqif Rəhmanovun və Narqis Dresslerin əsərlərindən ibarət sərgi açılıb.

20.6.2019
  

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin «Ər və arvad» musiqili komediyasını yeni quruluşda səhnələşdirib.

19.6.2019
  

Bu ilin yanvar-may aylarında ölkədə 30 608,7 mln manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox ümumi daxili məhsul istehsal edilib.

19.6.2019
  

İyunun 18-də mədəniyyət naziri Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

19.6.2019
  

İyunun 28-dən iyulun 5-dək Rusiya Federasiyasının Dağıstan Respublikasında “Dağlılar” IX Beynəlxalq Folklor və Ənənəvi Mədəniyyət Festivalı keçiriləcək. 

<<<31 32 33 34 35 36 37 38 39 40 >>>