28.6.2019
  

Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrsi Siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur.

28.6.2019
  

İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar rəssamı, Türkiyənin Yeditepe Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

28.6.2019
  

İyunun 27-də UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abdulla Şaiqin mənzil-muzeyində “Abdulla Şaiq və teatr” adlı tədbir keçirilib.

28.6.2019
  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

27.6.2019
  

“Kapital Bank” Sumqayıt şəhərində 2014-cü ildən 7-12 yaşlı uşaqlar arasında keçirilən ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşıdır. 

28.6.2019
  

Sabunçu Gənclər Evinin və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin tərəfdaşlığı çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib.

27.6.2019
  

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası iyunun 26-da Gədəbəy şəhərində sayca ikinci dəfə aksiya keçirib. 

27.6.2019
  

İyunun 27-də Bakı Konqres Mərkəzində UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başlayıb.

27.6.2019
  

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın İaşi şəhərində fəaliyyət göstərən İoan Cusa Alixandır Universiteti tərəfindən keçirilən “Beynəlxalq həftə”də iştirak edib.

27.6.2019
  

Meksikanın paytaxtı Mexiko şəhərinin məşhur və ərazisinə görə ən böyük Boskes de Çapultepek parkı və Meksikanın yeni Administrasiyası tərəfindən muzeyə çevrilmiş keçmiş Los Pinyos Prezident İqamətgahı ərazisində keçirilmiş ənənəvi “Dost Mədəniyyətləri Festivalı”nda (Feria de Las Culturas Amigas) bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, ənənələri, tarixi, milli mətbəxi, rəqsləri və sair təqdim olunub.

27.6.2019
  

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb.

28.6.2019
  

İranın Astara şəhərində Azərbaycanın və qonşu ölkənin uşu üzrə yığma komandaları arasında turnirə start verilib.

27.6.2019
  

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyunun 27-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri müvafiq ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

27.6.2019
  

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovun “Dil təhlükəsizliyi milli təhlükəsizlik kontekstində” məqaləsi Bolqarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun nəşri olan “Revue Bulgare d'Histoire” jurnalında dərc edilib.

27.6.2019
  

İyunun 27-də “Azərbaycan” qəzeti: tariximizin güzgüsü” mövzusunda elmi konfrans keçirilib.

25.6.2019
  

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə iyulun 5-də Tokionun “Toyosu Civil Center” konsert zalında diplomatik xidmət orqanlarımızın yaradılmasının 100 illiyi münasibətilə təntənəli konsert keçiriləcək.

25.6.2019
  

İyunun 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı və qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirilib.

25.6.2019
  

Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun Baş Naziri Duşko Markoviç iyunun 24-də İçərişəhərlə tanış olub.

25.6.2019
  

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının təsis edilməsinin 25-ci ildönümü münasibətilə Belçikada Azərbaycan muğamı günləri çərçivəsində iyunun 20-dən 23-dək Brüssel, Vaterlo və Gent şəhərlərində Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam qrupunun silsilə konsertləri keçirilib.

25.6.2019
  

Tokionun tanınmış əyləncə mərkəzlərindən olan Kakurazaka rayonunda yerləşən “U-MA - Live hous”da keçirilən “Azərbaycan musiqisi axşamı” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

<<<31 32 33 34 35 36 37 38 39 40 >>>