Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq
27.9.2019

“Hacıqabul quşçuluq fabriki" yaxın aylarda Əfqanıstan bazarına növbəti dəfə yumurta tədarük etməyi planlaşdırır.

Bu barədə müəssisədən bildiriblər.

Məlumata əsasən, hərəsi 360 yumurtadan ibarət 250-300 bağlamanın ixracı nəzərdə tutulur:

“Bu, həmin bazara ikinci tədarükümüz olacaq. İlk ixracat 200 bağlamadan ibarət idi. Paralel olaraq biz yumurta istehsalını 30-35 milyon ədədədək artırmağı planlaşdırırıq. Hazırda bu göstərici 25 milyon ədəd təşkil edir”.

Müəssisədə istehsal olunan məhsul uyğunluq sertifikatına malikdir.