Bu il ölkədə kartof boldur - İstehsal və məhsuldarlıqla bağlı ÖZƏL STATİSTİKA
4.9.2019

Azərbaycanda bu il kartof istehsalı artıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-iyul aylarında 34 min hektar sahədən 576,3 ton kartof yığılıb. Bu isə əkilən ümumi sahənin 60,1 faizinin yığılması deməkdir. Hazırda kartof yığımı davam edir.

Nazirlikdən bildiriblər ki, 2019-cu ilin yanvar-iyul ayında kartof yığımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz, sahəyə düşən məhsuldarlıq isə 7 faiz artıb:

"Ötən illə müqayisədə bu il kartof daha az sahədə əkilib. Belə ki, 2018-ci ildə 59,3, 2019-cu ildə isə 56,9 min hektar sahədə kartof əkilib.