Azərbaycan Rusiyaya gələn turistlərin reytinqində ilk 5-liyə daxil olub
3.9.2019

Bu ilin birinci yarım illiyinin nəticələrinə əsasən, Rusiya Federasiyasına gələn xaricilərin ilk onluğuna 3,424 mln səfər göstəricisi ilə Ukrayna başçılıq edib.

Bu barədə “Report” Rusiya KİV-inə istinadən məlumat verir.

Rusiyanın “TurStat” agentliyinin məlumatına əsasən, sonrakı yeri Qazaxıstan (1,569 mln səfər) tutur. Üçüncü yerdə Çin (780 min) qərarlaşıb. Dördüncü yerdə Finlandiya qərarlaşıb. Azərbaycan isə 418 min səfərlə bu reytinqdə beşinci yeri tutub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur.

Daha sonra Polşa, Almaniya, Ermənistan, Moldova və Estoniya yer alıblar. Ən yüksək səfər sayı artımını Cənubi Koreya (+42%) və Çin (+17%) nümayiş etdiriblər. Həmçinin Tayland (+23%), Monqoliya (+5%) və Yaponiya (+2%) kimi ölkələrin də göstəricilərində artım qeydə alınıb.