“Musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə imtahan vermiş abituriyentlərin nəzərinə - Təkrar İMTAHAN]
26.7.2019

“Musiqi sənəti” istiqaməti üzrə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün “Musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə 23.07.2019-cu il tarixində Bakıda və regionlarda test imtahanı keçirilib.

Dövlət imtahan Mərkəzindən verilən məlumata görə, qeydiyyat zamanı bir neçə komissiya üzrə qeydiyyatdan keçən və bu komissiyalar üzrə qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qeyri-məqbul qiymət aldıqları halda onlar üçün təkrar test imtahanı keçiriləcək. Həmin imtahan 27 iyul 2019-cu il tarixində saat 12:00-da Dövlət İmtahan Mərkəzinin A.Salamzadə küç. 28 ünvanında yerləşən binasında (Bakı Asya Universitetinin binası) keçiriləcək. Bu imtahanın nəticəsi 38 və 48-ci komissiyaların nəticəsini dəyişdirməyəcək.

Qeyd edək ki, 23.07.2019-cu il tarixində keçirilən imtahanda iştirak etməyən abituriyentlər bu imtahana buraxılmayacaqlar.