"Qarabağ" - "Dandolk" matçının biletləri satışa çıxarılıb
25.7.2019

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ucuz biletə 2 manat qiymət qoyulub.

Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Onları Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da start götürəcək. İrlandiyadakı ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.