Nizami Kino Mərkəzində gənc rejissorların ekran əsərləri nümayiş olunacaq
21.6.2019

İyunun 25-də Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunacaq.

Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış “Ayaqqabı əməliyyatı”, “Balaca”, “Sənin sevdiyin musiqi” və “Estakada” filmləri nümayiş etdiriləcək.


azertag.az