Bakı şəhər musiqi və incəsənət məktəblərinin şagirdləri fləşmob təqdim edəcəklər
14.6.2019

İyunun 15-də Qış Parkında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı, Azərbaycan Televiziyasının Mədəniyyət Kanalının dəstəyi ilə Bakı şəhər musiqi və incəsənət məktəblərinin şagirdləri fləşmob təqdim edəcəklər.

Baş İdarədən bildirilib ki, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbirdə musiqi məktəblərinin min nəfərə yaxın birləşmiş xor ifaçısı iştirak edəcək.


azertag.az