Mərdəkan Mədəniyyət Sarayında rəqs müsabiqəsinin qalibləri mükafatlandırılıb
11.6.2019

İyunun 8 və 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında rəqs müsabiqəsi keçirilib.

Müsabiqənin münsiflər heyətinin tərkibinə rəqqaslar Ramin Hüseynov, Nigar Hüseynova, rəqs müəllimi Abid Aslanov və musiqiçi-təşkilatçı Həcər İsrafilova daxil olub.

Müsabiqədə “Səma”, “New life”, “Bolnis Stars”, “Fidan”, “Aysel”, “İncəsənət” rəqs qrupları və rəqqasələr Melinq Zlata, Melinq Sofiya iştirak ediblər.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən I yerə “Səma” rəqs ansamblı, II yerə Melinq Sofiya, III yerə “Aysel” rəqs qrupu layiq görülüb. Qaliblər Baş İdarənin diplomları ilə təltif olunublar.


azertag.az