Mahnı Teatrında Rəşid Behbudovun xatirəsinə konsert təşkil olunub
10.6.2019

İyunun 9-da Mahnı Teatrında Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə konsert təşkil olunub.

Konsertdə Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin ansamblı çıxış edib. Konsertdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib. Vaqif Mustafazənin “Mart”, Azər Rzayevin “Qaytağı”, E.Qriqin “Şairin ürəyi”, R.Baijinin “Kovboyun hekayəsi”, Z.Binkinin “Kuba rəqsi”, Tofiq Quliyevin “Sevgi valsı”, O.Petersonun “Laurensiya valsı”, İ.Albenisin “Malaqenya” musiqi və rəqsləri tamaşaçıların marağına səbəb olub.


azertag.az