Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərib
4.6.2019

Azərbaycan Dövlət Pantomima Teatrı balacalar üçün “Fəlakət və İnsan”nı növbəti dəfə göstərib.

Xalq artisti Bəxtiyar Xanızadənin müəllifi olduğu əsər əsasında səhnələşdirilmiş eyniadlı tamaşa maarifləndirici xarakter daşıyır.

Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim edilən tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərir.

Aktyorların məharətli çıxışı tamaşanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.


azertag.az