Lerik Rayon Uşaq İncəsənət Məktəbinin hesabat konserti olub
4.6.2019

Lerik Rayon Mədəniyyət Mərkəzində Rayon Uşaq İncəsənət Məktəbinin 2018-2019-cu tədris ilinin hesabat konserti olub.

Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, rayonun mədəniyyət işçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdə Uşaq İncəsənət Məktəbinin tar, qarmon, nağara, kamança, fortepiano, xanəndəlik, xor və rəqs ixtisasları üzrə təhsil alan şagirdləri Azərbaycan, rus və digər xarici ölkə bəstəkarlarının bir-birindən maraqlı əsərlərini ifa ediblər.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli tədbirdə çıxış edərək məktəbin uğurlarının davamlı olmasını arzulayıb.

Sonda konsertdə fərqləndiklərinə görə məktəbin bir qrup müəllim və şagirdinə diplom və fəxri fərmanlar təqdim edilib.


azertag.az