Böyük Britaniyanın səfiri: "Bakı UEFA Avropa liqasının finalını möhtəşəm təşkil etmişdi"
30.5.2019

"Bakı UEFA Avropa liqasının finalını möhtəşəm təşkil etmişdi".

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts ölkəsinin "Çelsi" klubunun "Arsenal"a 4:1 hesabı ilə qalib gəldiyi oyundan sonra deyib.

"Çelsi" futbol klubunu təbrik edirik. Əla oyun idi. Əhsən Bakıya ki, iki komandamızın final oyununu möhtəşəm təşkil etdi. Stadion dünya standartlarına cavab verirdi", deyə səfir bildirib.

Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda təşkil olunub.