Azərbaycan Çinə narşərab və nar şirəsi ixrac edəcək
21.5.2019

Azərbaycanın qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 19 şirkətinin məhsulları mayın 14-16-da Çinin Şanxay şəhərində təşkil edilmiş “Sial China 2019” beynəlxalq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunub.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sərgi çərçivəsində keçirilmiş görüşlərdə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb, narşərabın və nar şirəsinin ixracına dair razılıq əldə edilib.