Qazaxıstan Azərbaycana buğda ixracını 4,7 dəfə artırıb
4.4.2019

Qazaxıstan 2019-cu ilin yanvar ayında 691,8 min ton buğda və meslin ixrac edib ki, bu da ötən ilin müvafiq ayına nisbətən 35,1% çoxdur.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, ixracın həcmi pul ekvivalentində bir il əvvəllə müqayisədə 52,5% artaraq 116,7 milyon dollar təşkil edib.

Qazaxıstandan buğda ixracına görə lider Özbəkistan, Tacikistan və Azərbaycandır. Azərbaycana tədarük 4,7 dəfə artıb.

report.az