Azərbaycan idmançısı Xüsusi Yay Olimpiya Oyunlarında bayraqdar olacaq
14.3.2019

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində Xüsusi Yay Olimpiya Oyunları start götürüb.

“Report”un məlumatına görə, nüfuzlu yarışda Azərbaycanı 10 idman növü üzrə 54 atlet təmsil edir. Bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək açılış mərasimində Olimpiya Oyunlarının bayrağını daşıyan səkkiz atletdən biri Azərbaycanın xüsusi olimpiyaçısı - basketbolçu Sarvan Seyidov olacaq.

Qeyd edək ki, martın 21-də yekun vurulacaq Xüsusi Yay Olimpiya Oyunlarında 170 ölkədən 7 000-dən çox atlet 24 idman növü üzrə mübarizə aparacaq.

report.az