Gələn həftə Cocuq Mərcanlıda mobil bal emalı və qablaşdırılması müəssisəsi açılacaq
28.2.2019

Martın 5-də Cocuq Mərcanlıda mobil bal emalı və qablaşdırılması müəssisəsinin, eyni zamanda, Cocuq Mərcanlı loqosu ilə istehsal edilən məhsulların satışı üçün satış məntəqəsinin açılışı həyata keçiriləcək.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

S.Məmmədov deyib ki, bu, Cocuq Mərcanlıda növbəti layihədir.

Nazir müavini qeyd edib ki, Cocuq Mərcanlı layihəsinin məqsədi məşğulluğun təmin edilməsidir: "Cocuq Mərcanlıda bir neçə layihə həyata keçirilib. Hazırda orada 16 istixana qurulub, 150 arı ailəsi paylanıb. Həmçinin, suvenir istehsalı müəssisəsi tikilir".

report.az